BAKI, 11 dekabr. TELEQRAF
Bakının Qaradağ rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 44 m² olan 1 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və 5 paq.m mebel yanıb.
Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 5 m² sahədə, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və 2 ədəd məişət avadanlığı əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.