GÖYGÖL, 11 dekabr. TELEQRAF

Göygöl rayonunda yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1939 cu il təvəllüdlü Hilal Cəfərov Ərəbli su kanalında boğularaq ölüb. 86 yaşlı mərhumun meyiti ailəsinə təhvil verilib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.