BAKI, 10 dekabr. TELEQRAF
Bakının Şüvəlan qəsəbəsində yerləşən "Birlik" reabilitasiya mərkəzinin yaxınlığında baş verən ölüm faktının təfərrüatları məlum olub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, dekabrın 9-u saat 2 radələrində Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Anar Cahangir oğlu Şəfiyev mərkəzin yerləşdiyi küçədən keçərkən qəfil halı pisləşib. Onun yanında olan dostu reabilitasiya mərkəzinə müraciət edərək kömək istəyib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.