BAKI, 10 dekabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar xəttinə Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Astara rayonu ərazisində Xəzər dənizində itkin düşən şəxslər balıqçıdırlar. Onlar Astara rayonunun Şahağac kəndindən balıq tutmaq üçün dənizə çıxıb və geri qayıtmayıblar.