BAKI, 9 dekabr. TELEQRAF

Tovuzda üç yaşlı uşaq hovuza düşərək ölüb.

Teleqraf xəbər verir ki, dekabrın 8-də Tovuz rayonunun Düz Qırıqlı kəndində 2022-ci il təvəllüdlü Hüseyn Qasımov yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən hovuza düşərək boğulub.

Azyaşlı hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.