GÖYGÖL, 8 dekabr. TELEQRAF

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qırıqlı kənd ərazisindəbaş verib.

2009-cu il təvəllüdlü R.Zeynalovun idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyada, 2003-cü il təvəllüdlü F.Quluzadəni vurub və daha sonra divara çırpılıb. Nəticədə piyada ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.