AĞDAŞ, 8 dekabr. TELEQRAF
Ağdaşda evin damında kişi meyiti aşkar olunub.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Şəkili kəndində baş verib.
1960-cı il təvəllüdĺü kənd sakini Məmmədov Şahin Əliyar oğlu yaşadığı evin damında ölü vəziyyətdə aşkar olunub.
Onun həm də psixoloji problemlərdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.