FÜZULİ, 16 oktyabr. TELEQRAF

Füzulidə qəza zamanı 4 nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Kürdmahmudlu kəndi ərazisində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil "Daewoo" markalı minik maşını toqquşub.

Nəticədə "Mercedes"də olan Beyləqan rayon sakinləri 2001-ci il təvəllüdlü Quluzadə Səfiyar Qubad oğlu, 1999-cu il təvəllüdlü Cəfərov Şamil Kamil oğlu, 1993-cü il təvəllüdlü Nəcəfli Surət Mayılxan oğlu və 1990-cı il təvəllüdlü Nəcəfov İlqar İbadət oğlu müxtəlif dərəcəli xəsarət alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma başlanıb.

TƏBİB-in qəza ilə bağlı verdiyi açıqlamada bildirilir ki, 16 oktyabr 2025-ci il tarixində saat 11:30 radələrində Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.

Pasiyentlərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.