BAKI, 16 oktyabr. TELEQRAF
Sumqayıt şəhərində restoran ərazisində ümumi sahəsi 50 m² olan taxtadan ibarət mətbəxin yanar konstruksiyaları və yaxınlıqda təkər tullantıları 25 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.