BAKI, 16 oktyabr. TELEQRAF
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli evin balkonunun yanar konstruksiyaları 9 m² sahədə yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.