BAKI, 16 oktyabr. TELEQRAF
Sabirabad rayon sakini, 1959-cu il təvəllüdlü İbrahimov İmamverdi Şahbaz oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İ.İbrahimovun əlamətləri: boyu 172 sm, arıq bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi qəhvəyidir. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Sabirabad Rayon Polis Şöbəsinə (02123 5 52 03, 050 352 69 89) məlumat vermələri xahiş olunur.
