BAKI, 16 oktyabr. TELEQRAF

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə 13 oktyabr 2025-ci il tarixdə saat 21 radələrində qeydə alınıb.

1985-ci il təvəllüdlü Tural Balakişiyev idarə etdiyi ona məxsus “KİA Sorento” markalı avtomobillə piyada, 1968-ci il təvəllüdlü Nuralışı Gülər Xəlil qızını vurub.

Nəticədə piyada açıq kəllə-beyin travması alaraq Gömrük Hospitalına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, 15 oktyabr 2025-ci il tarixdə xəstəxanada ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.