BAKI, 14 oktyabr. TELEQRAF

Sabirabad şəhərində ümumi sahəsi 24 m² olan obyektdə 1 ədəd divan, stol və plastikdən ibarət qapı yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, yüksək temperaturdan lambirdən ibarət tavanı 10 m² sahədə əriyib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.