BAKI, 14 oktyabr. TELEQRAF
Samux rayonunun Alabaşlı qəsəbəsində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus teplovozun 4-cü mühərriki yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, teplovozun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.