BAKI, 15 oktyabr. TELEQRAF

Xırdalan şəhəri Heydər Əliyev küçəsində yerləşən Ana-Bala parkında baş vermiş qətlin təfərrüatı məlum olub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsinə səbəb Elmirin ona verdiyi 10 manat borcunun istəməsi olub.

Buna görə aralarında dava düşüb.

Fərid bıçaqla Elmirə zərbələr endirib.

Əli Gənctürk

****

11:50

Oktyabrın 15-də saat 3 radələrində 2006-cı il təvəllüdlü Elmir Bədirovun almış olduğu xəsrətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf-a Abşeron Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.