BAKI, 14 oktyabr. TELEQRAF

Babək Rayon Polis İdarəsinə rayon ərazisində inşası davam edən məktəb binasının həyətindən elektrik naqillərinin oğurlanması ilə bağlı məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, keçirilən tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 28 yaşlı Natiq Quliyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun məktəbin həyətindən müxtəlif ölçülü elektrik naqilləri oğurladığı müəyyən olunub.

Hazırda faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.