BAKI, 14 oktyabr. TELEQRAF

Bakının Xəzər rayonunda istixanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, ümumi sahəsi 14400 m² olan istixananın polietilendən ibarət üzlüyü 3450 m² sahədə yanıb.

Məlumata görə, istixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.