BAKI, 10 oktyabr. TELEQRAF
Kənar dairəvi yolun Lökabatan istiqamətində baş verən bir neçə qəza tıxaca səbəb olub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, "Chevrolet Aveo" markalı avtomobil və "Mercedes E 220" markalı avtomobil toqquşub.
Həmçinin "Mercedes C Class" markalı avtomobil ilə "Toyoto Corollo" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində yolda tıxac yaranıb.
Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.