AĞDAŞ, 10 oktyabr. TELEQRAF

Ağdaşda idarəetmədən çıxan maşın qəzaya uğradı.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Yenicə kəndi yaxınlığından keçən avtomagistralda baş verib.

İdarəetmədən çıxaraq aşan avtomobildə müxtəlif dərəcəli bədən xəsarətləri alan 1947-ci il təvəllüdlü Arif Fərzəliyev və eyni təvəllüdlü xanımı Rahilə Fərzəliyeva xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.