AĞDAŞ, 9 oktyabr. TELEQRAF

Ağdaş sakini Sürmə İsrafilova içdiyi sirkə turşusundan dünyasını dəyişib.

Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, S.İsrafilova ilə birlikdə sirkə turşusu içən 1991-ci il təvəllüdlü Ruslan Çıkqayev isə sağ qalıb. Hadisə rayonun Yenicə kəndində baş verib.

İntiharın səbəbi açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Teleqraf oktyabrın 7-də Ağdaş sakini 34 yaşlı Ruslan Çıkqayevin zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılması barədə xəbər verib.