GORANBOY, 9 oktyabr. TELEQRAF

Goranboyda baş verən avto-qəzada xəsarət alan şəxslərin adları açıqlanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Esmira Şirinovanın idarə etdiyi “Hyundai” markalı avtomobili hasara çırpılıb.

Sərnişinlər Rəhimli kənd sakinləri- Məmmədova Samirə, Abdullayeva Laləzar, Məmmədova Səbinə, Məmmədova Yeganə və Haqverdiyeva Aynurə xəsarət alıblar

***

20:08

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisı rayonun Rəhimli kəndində qeydə alınıb.

İlkin məlumata görə, qadın sürücünün idarə etdiyi "Hyundai" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü ilə birlikdə 5 nəfər xəsarət alıb.

Yaralıların əksəriyyəti qadınlardır

Faktla bağlı araşdırma başlanılıb.