BAKI, 11 sentyabr. TELEQRAF

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, rayonun Maxta kəndi yaxınlığında yerləşən zibil poliqonunda 5 ha sahədə məişət tullantıları yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.