ŞƏMKİR, 7 sentyabr. TELEQRAF

Şəmkir rayonunda "Mercedes" markalı avtomobillə təcili yardım maşınının toqquşması nəticəsində xəsarət alan şəxslərin kimliyi bilinib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza nəticəsində tibb bacısı T. Ağayeva, təcili yardım avtomobilinin sürücüsü B. Əliyev və minik maşınının sürücüsü İ. Əliyev müxtəlif dərəcəli xəsarətlərlə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

18:36

Şəmkir rayon ərazisində təcili tibbi yardım biriqadası qəzaya uğrayıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Şəmkir rayonunun Kür qəsəbəsində təcili tibbi yardım maşını "Mercedes" markalı avtomobillə toqquşub.

İlkin məlumata görə, nəticədə təcili yardım avtomobilində olan həkim və daha bir neçə nəfər yüngül xəsarətlər alıb.

Hadisənin səbəbləri araşdırılır