GORANBOY, 7 sentyabr. TELEQRAF

Goranboyda idarəetmədən çıxan yük avtomobili yol kənarındakı obyektə çırpılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsində baş verib.

İlkin məlumata görə, qəza nəticəsində Türkiyə vətəndaşı, 2002-ci il təvəllüdlü Şimşək Tənha Əlioğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.