BAKI, 27 avqust. TELEQRAF
Avqustun 27-də Şamaxı rayonunun Muğanlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla yanğının rayon sakini Mirağa Kazımov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.