AĞCABƏDİ, 27 avqust. TELEQRAF

Ağcabədidə iki minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Hacıbədəlli kəndi ərazisində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil ötmə əməliyyatı edərkən "Lada" Priora markalı avtomobillə toqquşub. Nəticədə "Lada" markalı avtomobildə olan 2 nəfər xəsarət alıb.

Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma başlanıb.