BAKI, 27 avqust. TELEQRAF
Masallı Rayon Polis Şöbəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Məlumata görə, tədbirlərlə əvvəllər məhkum olunmuş 46 yaşlı Eldəniz Abdullayev saxlanılıb.
Həmin şəxsdən ümumilikdə 4 kiloqram heroin, tiryək və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.