BAKI, 27 avqust. TELEQRAF

Ağstafa rayonunun Dağ Kəsəmənli, Ağköynək və Yuxarı Göycəli kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.