AĞSTAFA, 26 avqust. TELEQRAF

Ağstafa rayonunda meşə sahəsində başlayan yanğının sönüdürülməsinə ətraf rayonlardan əlavə qüvvələr cəlb edilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, yanğını söndürmək üçün Qazax, Tovuz və Ağstafa rayonlarından əraziyə ümumilikdə 7 yanğınsöndürən maşın gətirilib. Bundan başqa, çox sayda canlı qüvvə cəlb olunub.

***

15:57

Ağstafa rayonunun Hayvalı adlanan meşə sahəsində yanğın başlayıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, yanğının ərazisi böyüməkdədir.

Hayvalı adlanan meşə sahəsindən əsasən qışlaq kimi istifadə olunur. Yanğının söndürülməsi istiqamətində işlərə başlanılıb.