XOCAVƏND, 25 avqust. TELEQRAF
Xocavəndin iki kəndində yanğın başlayıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğınlar Xocavənd rayonunun Edilli və Ağbulaq kəndlərinin ərazisindəki meşə massivində başlayıb.
Hadisə yerinə FHN-in Füzuli və Cəbrayıl rayonlarının yanğınsöndürən bölməsinin əməkdaşları, havadan Aviasiya dəstəsinin helikopteri cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatları davam edir.