BAKI, 22 iyul. TELEQRAF

Kamçatkada Avaçin körfəzində 6,5 maqnitudalı zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Zəlzələnin episentri Sakit okeanda, Petropavlovsk-Kamçatskidən 170 kilometr məsafədə, 51,2 kilometr dərinlikdə yerləşib.

Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin məlumatına görə, Petropavlovsk-Kamçatski və Vilyuçinsk sakinləri 4 bala qədər gücündə afterşokları hiss ediblər. Sunami təhlükəsi elan edilməyib.

Xatırladaq ki, iyulun 20-də Petropavlovsk-Kamçatski yaxınlığındakı akvatoriyada bir sıra zəlzələlər baş verib. Mütəxəssislərin qiymətləndirmələrinə görə, ən güclü təkanlar 7,6 bala çatıb.