BAKI, 14 iyul. TELEQRAF

Ağdərədə 31 yaşlı kişini elektrik cərəyan vuraraq öldürüb

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Dovşanlı kəndində baş verib.

1994-cü il təvəllüdlü kişi Kəlbəcər rayon sakinidir.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.