BAKI, 3 iyul. TELEQRAF

İzmirin Çeşmə rayonunda əkinçilik sahəsində başlayan və daha sonra meşəyə keçən yanğın səbəbilə bölgədə məhəllələr boşaldılıb.

Teleqraf xəbər verir ki, yanğın Çeşmə magistralına keçib və yolu alov bürüyüb. Magistralda maşınların hərəkəti məhdudlaşdırılıb.

İzmir Regional Meşə Müdirliyinə aid 6 təyyarə, 19 helikopter, 39 su maşını, 14 su təchizatı maşını, 4 buldozer və xilasetmə briqadası bölgəyə göndərilib. Yanğının məhdudlaşdırılması istiqamətində işlər davam etdirilir.

Məhəllələrdə bir neçə ev yanğından zərər görüb.