​GƏNCƏ, 26 may. TELEQRAF

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı "VAZ 2106" ilə yük avtomobil digər maşınla toqquşub.

Qəzada Şəmkir rayon Keçili kənd sakini 1980-ci il təvəllüdlü Günay Mikayılzadə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qadının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.