BAKI, 21 aprel. TELEQRAF
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 19-da və 20-də ümumi çəkisi 20 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan başqa, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Aprelin 19-da və 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 2 tapança, 3 qumbara, 11 tüfəng, 5 patron darağı və 144 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.