BAKI, 19 aprel. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Bu barədə Teleqraf-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.
"Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib", - deyə məlumatda qeyd olunub.