GORANBOY, 19 aprel. TELEQRAF
Goranboyda sirkə turşusundan zəhərlənmə hadisəsi baş verib.
Teleqraf-ın bölgə müxxbiri xəbər verir ki, hadisə rayonun Kəpənəkçi kəndində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Elvin Abdullayev adlı rayon sakini sirkə turşusunu səhvən içərək zəhərlənib.
O, dərhal yaxınları tərəfindən xəstəxanaya aparılıb.
Xəstəxanada ona ilkin tibbi yardım göstərilib və hazırda vəziyyəti kafidir.
Hadisə ilə bağlı araşdırma aparılır.