BAKI, 19 aprel. TELEQRAF

Konqoda gəminin batması nəticəsində 148 nəfər suda boğulub.

Teleqraf xəbər verir ki, bu barədə "RFI" radiosu məlumat yayıb.

Məlumatda deyilir: "Boğulanların sayının ən azı 148-ə çatdığı, bəzi şəxslərin itkin düşdüyü bildirilir".

Hadisə Konqo Demokratik Respublikasının şimal-qərbində baş verib.