YEVLAX, 18 aprel. TELEQRAF

Xaldan kənd sakini olan Vətən Müharibəsi qazisi Əzizov Pərvin Tamis oğlu kiberdəladuzların hədəfinə tuş gəlib.

Bu barədə Teleqraf-ın yerli bürosuna Pərvin Əzizov özü məlumat verib.

Özünü "Kapital Bank" əməkdaşı kimi təqdim edən şəxs qaziyə kartına müdaxilə təhlükəsi olduğunu bildirib və onu sorğu-suala tutub. "Bankda istifadə etdiyiniz neçə kartınız var, harda yaşayırsız, harda işləyirsiniz" kimi suallar ünvanlayıb.

Pərvin Əzizov öncə heç nə başa düşmədiyini etiraf edir:

"Tədricən başa düşdüm ki, bu, şübhəli adamdır, ona qarışılıqlı suallar verdim. Naməlum şəxs məsələni anladığımı dərk edib, dərhal xətdən ayrıldı. Əlaqə kəsildikdə zəngin Gürcüstan nömrəsi ilə yığıldığı məlum oldu".

Qeyd edək ki, şübhəli zəng ‪+995578878831‬ nömrədən daxil olub.