
QAZAX, 18 aprel. TELEQRAF
Qazax sakini 2001-ci il təvəllüdlü Sabir Vəliyev yaşadığı evin yarım tikilisində özünü asaraq intihar edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Fərəhli kəndində qeydə alınıb.
İlkin məlumata görə, Sabir Vəliyev bir müddət əvvəl telefon oyunlarına meyl edib.
Ehtimal olunur ki, o, bu səbəbdən borclandığı üçün intihar edib.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.