BAKI, 18 aprel. TELEQRAF
Bakıda küçədən meyit tapılıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində qeydə alınıb.
Belə ki, dünən saat 16 radələrində küçədən naməlum kişi meyiti tapılıb.
Ölən şəxsin Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Çingiz Çingiz oğlu Əliyev olması müəyyənləşib.
Onun əvvəllər qəsdən adam öldürmə hadisəsinə görə həbsdə olması məlum olub.
İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırmalar aparılır.