YEVLAX, 18 aprel. TELEQRAF
Bərdə rayon sakinini Yevlaxda generator cərəyanı vuraraq öldürüb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə Varvara kəndi ərazisindəki yeməkxanalardan birində baş verib.
1984-cü il təvəllüdlü Bahadurov Elməddin Rizvan oğlunu generator cərəyanı vurub. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.