MİNGƏÇEVİR, 18 aprel. TELEQRAF

Mingəçevirdə kişi qəbiristanlıqda boğazı kəsilmiş vəziyyətdə aşkar edilib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, evə dönmədiyi üçün doğmaları tərəfindən axtarılan 1994-cü il təvəllüdlü şəhər sakini Sabir Gündüz oğlu Mirzəyev qəbiristanlıqda atasının məzarı üstündə ağır yaralı halda tapılıb.

Boğazından kəsik-deşik xəsarəti alan yaralı təcili xəstəxanaya çatdırılıb. Vəziyyəti orta ağır olaraq dəyərləndirilir.

Faktla bağlı araşdırma başlanıb.