BAKI, 18 aprel. TELEQRAF

Krım körpüsündə nəqliyyatın hərəkəti bərpa olunub.

Teleqraf xəbər verir ki, bu barədə “Krım körpüsü” Telegram kanalında məlumat verilib .

Məhdudiyyət Moskva vaxtı ilə saat 2:26-dan 4:14-dək qüvvədə olub.

***

04:49

Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Krım körpüsü” Telegram kanalında məlumat verilib.

Körpüdə gözləyənlərdən sakit olmaları və nəqliyyat təhlükəsizliyi nümayəndələrinin göstərişlərinə əməl etmələri xahiş olunub.