BAKI, 17 aprel. TELEQRAF

Astarada bərbər işləyən 48 yaşlı şəxsin meyiti tapılıb.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, Astara şəhər sakini, 1977-ci il təvəllüdlü Nizami Vidadi oğlu Kərimovun meyiti yaşadığı ünvanda aşkarlanıb.

İlkin ehtimallara əsasən, Nizami Kərimovun özünü asaraq intihar etdiyi bildirilir. İntiharın səbəbləri hüquq-mühafizə orqanları tərəfindən dəqiqləşdirilir.

Qeyd edək ki, Nizami Kərimov Astara şəhərində uzun illər fəaliyyət göstərən və peşəkarlığı ilə seçilən bərbərlərdən biri idi.

Hadisə ilə bağlı araşdırma aparılır.