​GƏNCƏ, 11 aprel. TELEQRAF

Kəlbəcər rayon sakini Gəncə şəhərində bıçaqlanıb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, insident Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı Gülüstan qəsəbəsində baş verib. İlkin məlumata əsasən, 1978-ci il təvəllüdlü Namiq Abbasov çənə nahiyəsindən bıçaq xəsarəti alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.