BAKI, 9 aprel. TELEQRAF
Sumqayıt şəhərində 39 yaşlı qadın polisə müraciət edərək sosial şəbəkələrdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini, ondan pul tələb etdiyini və qızıl-zinət əşyasını aldığını bildirib.
Daxili İşlər Nazirliyindən (DİN) polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 26 yaşlı N.Kərimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.