​MİNGƏÇEVİR, 9 aprel. TELEQRAF

Mingəçevirdə güclü külək nəticəsində iri gövdəli ağacın aşması nəqliyyatın hərəkətinə maneə yaradıb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Üzeyir bəy Hacıbəyli küçəsində, Yaşar Məmmədzadə adına Mərkəzi Stadionun ərazisində qeydə alınıb. Böyük akasiya ağacı əvvəlcə stadionun hasarına, ardınca isə yola aşıb. Nəticədə yol müvəqqəti olaraq bağlanıb.

Əraziyə dərhal müvafiq xidmətlər cəlb olunub və ağacın yoldan götürülməsi istiqamətində işlər aparılıb.

Daha bir ağac isə uşaq bağçasının ərazisində aşıb. Hadisə zamanı bağçanın mühafizəçisi yüngül bədən xəsarəti alıb.