BAKI, 9 aprel. TELEQRAF
Sumqayıt şəhərinin Corat qəsəbəsində "Opel" markalı minik avtomobilinin salon hissəsi yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.