.jpg)
BAKI, 20 fevral. TELEQRAF
Xəbər verdiyimiz kimi, fevralın 17-də Sumqayıt şəhərində 24 yaşlı gəncin meyiti tapılıb.
Teleqraf xəbər verir ki, "Yaşıl dərə" yaşayış massivində meyiti tapılan 2001-ci il təvəllüdlü Nail Bəkir oğlu Orucovun dəm qazından boğularaq ölməsi məlum olub.
Onun fotosunu təqdim edirik.
Qeyd edək ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.